Aykut Kocaman postundan getdi

19:23 9 Fevral 2020

"Konyaspor" baş məşqçisi Aykut Kocamanla yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, istefa Superliqanın 21-ci turunda "Dənizlispor"la (0:0) oyundan sonra rəsmiləşib. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni pozub.54 yaşlı mütəxəssis 2018/2019 mövsümünün dövrələrarası fasilə vaxtında bu vəzifəyə təyin olunmuşdu.

 

Qeyd edək ki, Kocaman bundan əvvəl 2 dəfə- 2005-2006, 2014-2017-ci illərdə də "Konyaspor"u çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti