Koronavirusa görə nəhəng yarış ləğv edildi

15:25 13 Fevral 2020

“Formula 1” üzrə Çin Qran-prisi ləğv olunub.

 

Sportarena.az xəbər verir ki, buna səbəb koronavirus olub.Məlumatı Beynəlxalq Avtomobil Federasiyası yayımlayıb. Bildirilir ki, azarkeşlərin və iştirakçıların təhlükəsizliyi nəzərə alınaraq belə addım atılıb. 

 

Qeyd edək ki, Çin Qran-prisi aprelin 17-19-da keçirilməli idi.


Xəbər xətti