“Qarabağ” “Sumqayıt”ı məğlub etdi , “Sabah” - "Səbail" matçında qol olmadı - YENİLƏNİB

20:00 23 Fevral 2020

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.
 

Sportarena.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. İlk olaraq meydana qış fasiləsindən sonra inamlı çıxışı ilə yadda qalan iki komanda çıxacaq. "Sabah" öz meydanında "Səbail"lə qarşılaşacaq.

 

Digər matçda isə lider "Qarabağ" "Tofiq Bəhramov"da "Sumqayıt"ı qəbul edəcək. Ağdam təmsilçisi mövsümdə yeganə məğlubiyyətini məhz bu rəqibindən alıb.


 

23 fevral (bazar)

16:00. “Sabah” – “Səbail”  0-0 

Qırmızı vərəqə: Yevgeni Koçuk, 15
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Bank Respublika Arena”

 

18:00. “Qarabağ” – “Sumqayıt” 1-0
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu


Digər xəbərlər

Xəbər xətti