UEFA-dan koronavirusla bağlı açıqlama

16:38 2 Mart 2020

UEFA koronavirusun yayılması ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, qurum Avropa çempionatının proqramında dəyişikliyə ehtiyac olmadığını bəyan edib:

 

“AÇ-2020 iyunun 12-də İtaliyada başlayacaq. Turnirlə bağlı dəyişikliyə ehtiyac yoxdur. Bu məsələni yaxından izləyirik”.

 

Romadakı açılış matçında İtaliya və Türkiyə milliləri qarşılaşacaq.AÇ-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup, 1-i 1/4 final mərhələsinin oyunları olacaq.


Digər xəbərlər

Xəbər xətti