Ronaldinyo saxta pasportla saxlanıldı

10:53 5 Mart 2020

Braziliya millisinin və “Barselona”nın sabiq ulduz futbolçusu Ronaldinyo saxlanılıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun saxta pasportdan istifadə etməsidir.O, Paraqvaya getmək üçün saxta sənədlərdən istifadə edib. Ronaldinyonun qaldığı otelə baxış keçirən polis saxta pasport aşkarlayıb.

 

Qeyd edək ki, Ronaldinyonun 2018-ci ildə borcları səbəbindən ölkədən çıxışına qadağa qoyulub. 


Xəbər xətti