BOK Tokio-2020-ni təxirə salmadı

16:07 18 Mart 2020

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunları ilə bağlı qərar verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasında qərar qəbul olunub.BOK-un qərarına əsasən, Yay Olimpiya Oyunları təxirə salınmayacaq. Amma koronavirus pandemiyasının vəziyyətindən asılı olaraq qərar dəyişə bilər. Həmin vaxta qədər dünyada vəziyyət kritik həddə çatsa, yarışların təxirə salınması mümkündü. Həmçinin yarışların azarkeşsiz keçirilib-keçirilməyəcəyi də vəziyyətdən asılı olacaq.

 

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti