Daha bir ölkənin çempionatı başladı

19:24 12 Aprel 2020

Koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, bu gün daha bir ölkədə futbol mövsümü başlayıb.

 

Sportarena.az xəbər verir ki, Tayvanda milli çempionat start götürüb. 8 komandalı çempionatda turun hər 4 görüşü bu gün olub. Son çempion “Taybey Tatun” evdə “Taypoverə” uduzub – 2:3. “Hanq Yun” öz meydanında “Taycenq Lions”a 4 cavabsız qolla qalib gəlib.


“Taynan Siti” səfərdə “Minq Cuan Universiti”dən üstün olub – 4:2. “Taycunq” – “Tayvan Universiti” matçında isə ev sahibləri 2:1 hesablı qələbəyə sevinib.Növbəti turun oyunları isə aprelin 19-da olacaq.
 

Qeyd edək ki, bu gün açıqlanan nəticələrə görə, Tayvanda ümumilikdə 388 nəfər koronavirusa yoluxub və onlardan 6-sı ölüb.


Əlavə edək ki, hazırda dünyada yalnız Belarus, Burundi, Nikaraqua və Tacikistanda yerli çempionatlar davam etdirilir.  


Xəbər xətti