"Qarabağ"ın müdafiəçisinin 4 müştərisi var

19:42 12 Aprel 2020

"Qarabağ”ın mərakeşli müdafiəçisi Faysal Rerras böyük ehtimalla, Ağdam komandasını tərk edəcək.

 

Sportarena.az xəbər verir ki, İtaliya "Benevento”su Türkiyə "Çaykur Rizespor”u və Kipr AEL-i arxa xətt oyunçusuyla maraqlanır.Bundan başqa, adı açıqlanmayan Azərbaycan təmsilçilərindən biri də menecerlər vasitəsi ilə Rerrasla ünsiyyət qurmağa çalışıb. Həmin klub əməkhaqqı məsələsində ortaq məxrəcə gələ biləcəkləri halda, onu gələn mövsümdən heyətdə görmək istəyir.

 

Vəziyyətdən asılı olaraq "Qarabağ” Rerrası sata və ya tərəflər rəsmi anlaşmanı qarşılıq razılıq əsasında vaxtından əvvəl poza bilər.

 

Müdafiəçinin "Qarabağ"la olan müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək. (fanat.az)


Xəbər xətti