Fellaini koronavirusa qalib gəldi

23:00 14 Aprel 2020

“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda Çinin “Şandun Lunen” klubunda çıxış edən Maruan Fellaini koronavirusa qalib gəlib.

 

Sportarena.az xəbər verir ki, o, müalicə olunduğu xəstəxanadan evə buraxılıb. Belçikalı yarımmüdafiəçinin 14 gün müddətində karantində olacağı bildirilib.

 

Qeyd edək ki, Fellainidə martın 22-i koronavirus aşkarlanmışdı.


Xəbər xətti