Ölkədə test tapılmır, evindən aparatlar çıxdı

21:05 18 Aprel 2020

Rumıniya futbolunun əfsanələrindən olan Viktor Pitsurkenin evində İngiltərədən xüsusi olaraq gətirdiyi koronavirus test cihazları olduğu üzə çıxıb.

 

Sportarena.az xəbər verir ki, rumın mətbuatının yazdığına görə, ölkədə test tapmağın çətin olduğu bir dönəmdə futbolçunun evində bir neçə aparatın olması mübahisələrə yol açıb. Faktı təsdiqləyən Pitsurke evinə gələn hər kəsə koronavirus testi etdiyini bildirib:

 

“Evimə gələn hər kəs koronavirus testindən keçməlidir. Qəbul etməyəcəksə, evimə gəlməsin. Ailəm üçün aparat almışam”.Futbolçunun oğlu Aleksandr test aparatlarını İngiltərədən bir dostunun vasitəsilə gətirtdiyini bildirib:

 

“Əlində xeyli sayda test olduğunu dedi. Mənə də verə biləcəyini söylədi, mən də aldım. Hamısını göndərdi”.


Digər xəbərlər

Xəbər xətti