“Haitidə xəstəxanalarda ciddi problemlər var” - “Neftçi”nin futbolçusu

12:51 20 Aprel 2020

“Haitidə xəstəxanalarda ciddi problemlər var. Görürəm ki, bəzən insanlar xəstəxanalarda çarpayıda deyil dəhlizlərdə yatırlar”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına müsahibəsində “Neftçi”nin haitili futbolçusu Donald Gerye deyib. 

 

O, ölkəsindəki çətin vəziyyətdən söz açıb: “Baxın, yatarkən belə hər şey səni incidir. Ona görə yardım etmək qərarına gəldim. Ümid edirəm ki, bu kütləvi hal alacaq. Haitinin 10 xəstəxanasına kömək etmək fikrindəyik. Təkcə, çarpayı ilə bağlı deyil, bacardığımız hər şeydə kömək olmalıyıq. Maskalar, dezinfeksiya məhsulları və s”.

 

Gerye Haitidəki koronavirusa yoluxanlardan və kasıb insanlardan danışıb: “Yüzdən çox xəstəliyə yoluxan adam var. Lakin görünən odur ki, bu say artacaq. Çünki insanlar qaydalara riayət etmirlər. Təhsildə ciddi problem var və bu əsas məsələdir. İnsanların çoxunun evində radio və televizor yoxdur. Baş verənlərdən xəbərləri olmur. Küçə  ticarəti hələ də davam edir. Təsəvvür edirsiz ki, öskürən adam küçədə nəsə satır. Təhlükəsizlik insanlar üçün  vacib deyil. Azərbaycanda insanlar qaydalara əməl edir, lakin yenə xəstələr artır. Haitidə isə bu durumda daha pis dönəm bizi gözləyir”.

 

Gerye müsahibəsi zamanı Polşada irqçiliyə məruz qalmasından da danışıb:” Bu yaxınlarda Krakovda küçədə gedərkən, həyat yoldaşım və əmisi Tomeklə birlikdə idim. O zaman bir nəfər bizə yaxınlaşıb "hey qara, cibində nəyin var?” deyib cibimə girdi. Gülümsədim, reaksiya vermədim. Sonra o mənə bir banan təklif etdi. Baş qoşmadım, amma Tom onunla döyüşmək istədi. Bir neçə il əvvəl olsaydı, onunla dalaşardım. İndi isə əlimi yelliyərək keçirəm. Çünki övladlarımın atalarının küçədə dalaşdığını xatırlamalarını istəmirəm”.


Xəbər xətti