Koronavirusa yoluxan daha bir futbolçu sağaldı

14:14 24 Aprel 2020

İtaliyanın “Verona” klubunun koronavirusa yoluxan futbolçusu Mattia Zakkaqni sağalıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin son koronavirus testinin mənfi çıxdığı bildirilib.

 

Qeyd edək ki, italiyalı futbolçunun mart ayının sonlarında pandemiyaya yoluxduğu məlum olmuşdu.


Digər xəbərlər

Xəbər xətti