Bir video ilə Ronaldonun sevgilisini "taxt"dan saldı - FOTO + VİDEO

16:47 24 Aprel 2020

Son dövrlər reytinqləri artan "Elite" serialının gənc aktrisası Ester Eksposito sosial mediada da özündən söz etdirir.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı aktrisanın evində çəkilmiş rəqs videosu 42 milyondan çox izlənilib. Bundan sonra Esterin "Instagram"dakı izləyici sayı 2,2 milyon artaraq 20,2 milyon olub.Bununla da o, Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesi keçərək İspaniyada ən çox izləyicisi olan "Instagram" istifadəçisi adına sahib çıxıb.

 

Corcina Rodriges daha bir pis xəbəri "Netflix"in başqa bir ulduzu Ursula Korberodan alıb. Məşhur "La Casa da Papel" serialında Tokio obrazını canlındıran Ursulanın "Instagram"da izləyici sayı 18,3 milyonu keçib. Bununla o, ikinci pilləyə yüksəlib və 17,7 milyon izləyicisi olan Ceorcina Rodriges üçüncü yerə düşüb. (fanat.az)

 

 



Xəbər xətti