Mayk Tayson rinqə qayıdır

14:01 25 Aprel 2020

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson rinqə qayıtmağı planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, bu barədə o, “The Sun” nəşrinə müsahibəsində danışıb.İdmançı deyib ki, dörd raunddan ibarət xeyriyyə görüşündə iştirak edəcək. Hazırda o, bədənini formaya salır. “Bütün son həftəni işləmişəm. Bu, ağırdır, bədənim çox ağrayır. Məşq edirəm, rinqə çıxmağa cəhd edirəm”, - deyə Tayson qeyd edib.

 

İdmançı bildirib ki, keçirdiyi görüşlərlə evsizlərə və narkotik asılılığı olan insanlara kömək etmək üçün pul qazanmaq istəyir.


Xəbər xətti