Məşqləri bərpa edən kluba qarşı araşdırma başladı

14:05 28 Aprel 2020

Rumıniya polisi “Styaua” klubuna qarşı araşdırmaya başlayıb.

 

Sportarena.az xəbər verir ki, buna Buxarest təmsilçisinin futbolçuların klub bazasında məşqə çıxmalarına icazə verməsi səbəb olub.Hazırda Rumıniyada koronavirus pandemiyası səbəbindən fövqəladə vəziyyət hökm sürür. Sakinlər özünütəcrid rejiminə mayın ortalarınadək əməl etməlidilər. Lakin klub bu qaydaları pozmaqla özünü çətin vəziyyətə salıb.

 

Qeyd edək ki, Rumıniyada koronavirusa yoluxanların sayı 11 mini keçib. Azı 641 nəfər isə pandemiyanın qurbanı olub.


Digər xəbərlər

Xəbər xətti