"Donald Gerye dəvət etsə, gedəcəyəm" - Maykl Essyen

21:21 28 Aprel 2020

"Səbail" futbolçusu Maykl Esyen "Neftçi"nin haitili oyunçusu  Donald Gerye ilə "İnstagram"da canlı söhbət edib.

 

Sportarena.az xəbər verir ki, o, söhbət zamanı karantin müddətində evdə qaldığını deyib: "Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifa edir, hazırlıqdan sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram".

 

Essyen Geryedən dəvət alacağı təqdirdə Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm".


Xəbər xətti