Federasiya prezidenti cinsi zorakılıqda günahlandırılır

14:00 1 May 2020

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.

 

Sportarena.az xəbər verir ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri bu barədə məlumat verib.Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Razılaşmayanlar işdən və qadınlar millisindən qovulur.
  
“Dadu” ləqəbli şəxs açıqlamasında xəbəri təkzib edib.


Xəbər xətti