İsrail millisinin sabiq üzvü "Neftçi"yə gəlir - SON XƏBƏR

04:28 3 May 2020

Əmir Ağayev "Sumqayıt”ın yeni anlaşma təklifini dəyərləndirməyə tələsmir.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, "Neftçi”nin maraqlandığı (idman direktoru Ceyhun Sultanov şəxsən əlaqə saxlayıb) yarımmüdafiəçi öncə "ağ-qaralar”ın təklifini dəyərləndirmək istəyir. 

 

Ötən il (yanvarın 31-də) transfer edilən orta xətt oyunçusunun "kimyaçılar”la imzaladığı ilyarımlıq müqavilənin müddəti yayda başa çatacaq. Düzdü, bu yaxınlarda sosial şəbəkədəki əxlaq normalarına zidd paylaşımına görə mətbuatda sərt tənqid edilən futbolçu "Sumqayıt”a da "yox” deməyib. Ancaq klub prezidenti Riad Rəfiyevin şəxsən transfer etdiyi Əmir daha iddialı komandada top qovmaq, Azərbaycan millisinə çağırılmaq istəyir. Digər tərəfdən, ortada futbolçuya təklif olunan maaşlar arasındakı ciddi fərq də var. Təbii, Ağayevə Bakı təmsilçisinin vermək istədiyi əməkhaqqını boyun olmaq "Sumqayıt”ın büdcəsinə uyğun deyil.

 

Hazırda Premyer Liqanın taleyinə rəsmi şəkildə aydınlıq gəlmədiyindən tərəflər gözləmə mövqeyində olsalar da, İsrailin U-21 millisinin sabiq üzvünün "Sumqayıt”ı "Neftçi”yə dəyişməkdə qərarlı olması dəqiqdi.


Xəbər xətti