“Ayaks” məşqlərə əlcəklə başladı - FOTOLAR

12:48 3 May 2020

“Ayaks”ın əsas və gənclərdən ibarət komandası bu həftədən məşqlərə başlayıb.

 

Sportarena.az xəbər verir ki, A komandanın 24 oyunçusundan 12 nəfər bir, digər 12 oyunçu başqa gün qrup halında (hər qrupda 3 futbolçu və 1 məşqçi olmaqla) məşq edir. Bu zaman bir metr yarımlıq sosial məsəfə saxlanılır.Maraqlıdır ki, futbolçuların çoxu tibbi əlçək taxmaqla məşq edir.


Xatırladaq ki, koronovirus pandemiyası səbəbindən Niderlandda 2019/20 mövsümü erkən başa çatdırılıb.



Xəbər xətti