"Biz "Barselona"nın hökmranlıq etdiyi bir dövrdə bunu bacarmışdıq" - Joze Mourinyo

16:01 3 May 2020

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Real"ı çalışdırarkən qazandığı La Liqa çempionluğunun önəminə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqa, La Liqa və İtaliya A Seriyasında çempionluq yaşayan tək məşqçi olduğunu və bu unikal göstəricisi ilə futbol tarixinə düşmək istədiyini sözlərinə əlavə edib:

 

"Karyeramın kulminasiya nöqtəsinin hansı olduğunu demək mənim üçün çox çətindi. Amma "Real"da qazandığım çempionluğun çox vacib olduğu aydındı. Çünki biz "Barselona"nın hökmranlıq etdiyi bir dövrdə bunu bacarmışdıq.Bu dominantlığa son qoyulması, o cümlədən İspaniyada xal və qol rekordlarının qırılması çempionluğu daha da anlamlı edir. Biz təkcə La Liqanı qazanmamışdıq. Biz bunu edərkən tarix yazmışdıq. 

 

İngiltərə, İtaliya və İspaniya çempionatlarının qalibi olaraq treblə imza atmışam. Buna nail olan yeganə məşqçi mənəm. Mən unikalam. Məhz bu şəkildə futbol tarixinə düşmək istəyirəm".


Digər xəbərlər

Xəbər xətti