“Flamenqo”nun üzvü koronavirusdan öldü

12:58 5 May 2020

Braziliyanın “Flamenqo” klubunun masajçısı Jorjinyo koronavirusun qurbanı olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Koronavirusa yoluxan 68 yaşlı Jorjinyonun ötən gün xəstəxanaya yerləşdirildiyi və pandemiyanın törətdiyi fəsadlardan sonra ürək tutmasından vəfat etdiyi bildirilib.

 

“Flamenqo” 40 ildir klubda çalışan Jorjinyonun yaxınlarına başsağlığı verib.


Xəbər xətti