Mustafa Cengiz 10 saatlıq əməliyyat keçirdi

00:24 8 May 2020

Səhhətində yaranan problemlər səbəbindən “Qalatasaray”ın xəstəxanaya yerləşdirilən prezidenti Mustafa Cengiz əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, 10 saatlıq beyin əməliyyatı keçirən 70 yaşlı funksionerin vəziyyətinin yaxşı olduğu bildirilib. Klubdan verilən məlumata görə, hazırda o, reanimasiyadadır və bir müddət həkimlərin müşahidəsi altında qalacaq.

 

Xatırladaq ki, daha əvvəl Mustafa Cengizin bir neçə dəfə əməliyyat olunacağı bildirilmişdi.


Xəbər xətti