Çempionşipdə daha 2 futbolçuda koronavirus aşkarlandı

13:02 8 İyun 2020

İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

 

Sportarena.az xəbər verir ki, analizlər nəticəsində daha 2 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.

 

Daha əvvəl Çempionşipdə “Hall Siti”, “Blekbern” və “Fulhem” klubları onlarda virusa yoluxanların olduğunu açıqlamışdı.


Xəbər xətti