Pərviz Abdullayevə Türkiyədən təklif var

13:05 22 İyul 2020

"Survivor" yarışmasına görə uzun müddətdir Türkiyədə olan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev bir neçə gün əvvəl Bakıya qayıdıb.

 

Sportarena.az axşam.az-a istinadən xəbər verir ki, idmançı yenidən İstanbula qayıdacaq. Buna səbəb isə Pərvizin orada bir neçə iş təklifi almasıdır. Məsələ ilə bağlı axşam.az-ın suallarını cavablandıran idmançı bildirib ki, təkliflər gəlib:

 

"Hazırda vətənimdəyəm. Buralar üçün çox darıxmışdım. Türkiyəyə nə vaxt qayıdacağım hələ dəqiq deyil. Amma film təklifləri almışam. Onları dəyərləndirəcəm. Birdəfəlik İstanbula köçmək bir az çətin qərardır, onu düşünməliyəm".

 

Qeyd edək ki, Pərviz Acun Ilıcalının "Survivor" layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Maydan bu yana isə Pərviz İstanbulda qalıb.


Digər xəbərlər

Xəbər xətti