“Qarabağ”ın yeni oyunçusu ulduz futbolçularla eyni sırada

Sportarena.az      6 Avqust 2020 , 10:15

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç yer alıb. Kiprin APOEL klubundan Ağdam təmsilçisinə keçən serbiyalı futbolçunun aktivində 4 assit var. O, bu göstərici ilə Brunu Fernandes (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

 

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin