"Səbail"dən ayrılan futbolçu Rumıniya klubunda

11:59 11 Avqust 2020

"Səbail"dən ayrılan Eriko da Silva karyerasını Rumıniyada davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 31 yaşlı müdafiəçi sözügedən ölkənin UTA klubu ilə müqavilə imzalayıb.O, Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib: Ümid edirəm ki, komadanaya kömək edə biləcəyəm. İstədiyimiz səviyyəyə çatacağımızı düşünürəm. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm".


Qeyd edək ki, Eriko da Silva 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi.  Braziliyalı oyunçu bir neçə gün Bakı təmsilçisindən ayrılmışdı. Əlavə edək ki, UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti