“Zirə” braziliyalı futbolçu transfer etdi

11:54 16 Avqust 2020

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

 

Ranqel daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril",  klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti