Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

00:50 17 Avqust 2020

ABŞ-ın birinci liqasında VII turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "San Dieqo Loyal"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət oyuna start heyətdə daxil olub və 74-cü dəqiqədə əvəzlənib. 


Xəbər xətti