"Neftçi"nin sabiq prezidenti Türkiyə millisinin matçına təyinat aldı

13:13 31 Avqust 2020

"Neftçi" klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan təyinat alıb. 

 

Sportarena.az xəbər verir ki, o, Millətlər Liqasında qrup mərhələsinin Türkiyə – Macarıstan oyununda UEFA nümayəndəsi olacaq. Həmin qarşılaşmada AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, qarşılaşma sentyabrın 3-də Sivas şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 


Xəbər xətti