“Zirə” “Qəbələ” ilə qarşılaşacaq

17:17 31 Avqust 2020

Milli komandaların rəsmi oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama görüşlərində qüvvələrini sınayacaqlar.

 

Sportarena.az “Zirə”nin feysbuk səhifəsinə istinadən xəbər verir ki, Bakı təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq. Zirə İdman Kompleksində baş tutacaq görüş saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, bu komandalar Premyer Liqanın I turunda Qəbələdə üz-üzə gəlib. Avqustun 23-dəki oyunda 1:1 hesabı qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti