““Qarabağ”la matç neytral meydanda olmalıdır” - AÇIQLAMA

17:40 1 Sentyabr 2020

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Mo açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, Azərbaycan klubu ilə qarşılaşmanın neytral meydanda keçirilməli olduğunu bildirib:

 

““Qarabağ”la oyun neytral meydanda keçirilməlidir. İstənilən halda, neytral meydanında oynamamaq daha yaxşıdır. Yalnız bu halda şərtlər bərabər olar”.

 

Qeyd edək ki, Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət ünvanlayıb.


Digər xəbərlər

Xəbər xətti