Ramil Şeydayev Azərbaycan dilini öyrənir

03:22 5 Sentyabr 2020

Millimizin və "Sabah”ın hücumçusu Ramil Şeydayev Azərbaycan dilini öyrənməyə başlayıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb. 24 yaşlı hücumçu ona həm klubda, həm millidə komanda yoldaşı Təmkin Xəlilzadənin kömək etdiyini bildirib.

 

Kitab-dəftər və Təmkinin olduğu fotonu "İnstagram"da paylaşan Ramil şəkilə "Mənim müəllimimim" rəyini yazıb.

 

Qeyd edək ki, Rusiyada doğulub, böyüyən Ramil Şeydayev 2016-cı ildən Azərbaycan millisində çıxış edir.


Digər xəbərlər

Xəbər xətti