Maksim Medvedev və Qara Qarayevdən ordumuza maddi yardım

12:00 6 Oktyabr 2020

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçuları Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.



Sportarena.az xəbər verir ki, ağdamlıların kapitanı Maksim Medvedev və vitse-kapitanı Qara Qarayev hər biri fonda 10 min manat məbləğində yardım edib. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
 

Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.  



Xəbər xətti