Azərbaycan – Kipr matçı Albaniyada keçiriləcək

09:00 7 Oktyabr 2020

Millətlər Liqasının 4-cü turunun Azərbaycan - Kipr oyununun hazırda Qarabağda gedən müharibə səbəbindən Bakıda keçirilməyəcəyi dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, oyun Albaniyada olacaq. Qarşılaşma Elbasan şəhər stadionunda keçiriləcək.Oktyabrın 13-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Qeyd edək ki, oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılırdı. Amma Dağlıq Qarabağdakı hadisələr səbəbindən matç başqa ölkəyə keçirilib.


Digər xəbərlər

Xəbər xətti