"Zirə"nin yubiley qələbəsi

18:17 7 Oktyabr 2020

"Zirə" "Neftçi" ilə Azərbaycan çempionatında keçirdiyi oyunlarda yubiley – 10-cu qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu, mövsümün 5-ci turuna təsadüf edib. Komanda ev qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlib. 19 dəfə qarşılaşdığı rəqibi 10 dəfə yenən "qartallar” bununla da özünün rekordunu təkrarlayıb. "Zirə” heç bir rəqibə bundan çox qalib gəlməyib. Yalnız bir komanda – "Sumqayıt”ı da eyni sayda məğlubiyyətə uğradıb.

 

Lakin "Zirə” "Sumqayıt”la müqayisədə "Neftçi” ilə görüşlərdə daha çox xal qazanıb. 5 dəfə heç-heçə edib və yalnız 4 dəfə uduzduğu paytaxt klubu ilə qarşılaşmalarda "qartallar” 35 xal əldə edib. Bu da yeni rekorddur.

 

"Sumqayıt”la matçlarda "Zirə” 34 xal qazanıb.


Xəbər xətti