"Sabah" "Səbail"lə heç-heçə etdi

10:00 12 Oktyabr 2020

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən  "Səbail" və "Sabah" öz aralarında yoxlama oyunu keçirib.

 

Sportarena.az "Səbail"in "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 11-i "Bank Respublika Arena"da keçirilən görüş saat 16:00-da başlayıb və oyun 0:0 hesabı ilə yekunlaşıb.

 

Qeyd edək ki, "Sabah" ölkə çempionatında 6 xalla 5-ci, "Səbail" 3 xalla 8-cidir.Bu komandalar arasında Premyer Liqanın 4-cü turunda keçirilən matçda "Səbail" 2:1 hesabı ilə qalib gəlib.


Xəbər xətti