Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb - FOTOLAR

Sportarena.az      29 Oktyabr 2020 , 12:29

Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağıdılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

 

"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - paylaşımda bildirilib.

 

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin