"Musanın milliyə çağırılması gözlənilməz oldu" - Qurban Qurbanov

00:28 9 Noyabr 2020

"Öncə hamınızı, xalqımızı təbrik edirəm. Ali Baş Komandandan Şuşanın azad olunması xəbərini aldıq. Şuşanın yeri qəlbimizdə bir başqadır. Çox sevinirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə "Neftçi"yə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

O, 6:0 hesablı qələbəni belə şərh edib: "Futbolda belə hallar olur. Bizim də başımıza gəlib. Rəqibə uğurlar arzu edirəm. Komandamı təbrik etdim. Futbolçularımız bu oyunu gözləyirdilər ki, istirahət etsinlər. Bəziləri dincələcək, bəziləri isə milliyə yollanacaq".

 

Təcrübəli baş məşqçi oğlu Musa Qurbanlının əsas milliyə dəvət olunmasına da münasibət bildirib: "Gözlənilməz oldu. Sevindirici haldır ki, gənclərə yer verirlər. Amma bu, o demək deyil ki, Musa tam olaraq milliyə layiqdir. Məsuliyyəti dərk etməlidir. Öz üzərində çox işləməlidir. Mən gənc oyunçulara fərq qoymuram. Hamısına övladım kimi baxıram. Onların yığmada olmasına müsbət baxıram. Bu, onların inkişafını tezləşdirir".


Digər xəbərlər

Xəbər xətti