Kubokun püşkatma vaxtı açıqlandı

11:53 17 Noyabr 2020

Azərbaycan kubokunda 2020/2021 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq.Püşkatma mərasimi noyabrın 24-də AFFA-nın inzibati binasında keçiriləcək.

 

Saat 13:00-da başlayacaq tədbir Azərbaycanda koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.


Digər xəbərlər

Xəbər xətti