"Mançester Siti" Qvardiola ilə müqaviləni uzatdı

17:00 19 Noyabr 2020

"Mançester Siti" baş məşqçi Xosep Qvardiola ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, 49 yaşlı mütəxəssislə iki illik yeni sözləşmə imzalanıb. Müqaviləyə əsasən, o, komandaya 2023-cü ilin yayınadək rəhbərlik edəcək.

 

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. O, 2017/2018 və 2018/2019 mövsümündə Premyer Liqanın qalibi olub.


Digər xəbərlər

Xəbər xətti