““Sivasspor” əks-hücumlarda təhlükəli idi” - Uroş Matiç

Sportarena.az      27 Noyabr 2020 , 13:15

“Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, serb futbolçu 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 

“Oyunun böyük hissəsinə nəzarət etdik. “Sivasspor”un əks-hücum həmlələri təhlükəli oldu. Biz daha gözəl qollar vurduq, amma uduzduq. Halbuki matçın böyük hissəsində üstün tərəf idik. Bundan dərs alacağıq”.
 
Uroş qardaşı Nemanya Matiçin “Mançester Yunayted”in heyətində “Başakşəhər”ə rəqib olması ilə bağlı sualı da cavablandırıb: “İlk oyunda “Başakşəhər yaxşı idi. “Mançester Yunayted”i hər gün məğlub edə bilməzsən. Komandaların ikinci duelində səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı. Qardaşım 10 ildir Premyer Liqada çıxış edir, dünyanın ən yaxşı orta sahə oyunçularından biridir”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin