İspaniya La Liqasında 12-ci tur davam edir.
Sportarena.az xəbər verir ki, lider “Atletiko” öz meydanında “Valyadolid”lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. “Sevilya”nın qonağı olan “Real” da 3 xala sevinib.Mövsümə uğursuz başlayan “Barselona” isə “Kadiz”lə görüşdən məğlub ayrılıb - 1:2. “Levante” öz meydanında “Xetafe”ni 3 cavabsız qolla udub.
Qeyd edək ki, turun digər oyunları dekabrın 6-7-də keçiriləcək.
İspaniya La Liqası, 12-ci tur
“Levante” – “Xetafe” – 3:0
Qollar: Rocer, 5, Qomes, 17, Frutos, 57
“Sevilya” – “Real” – 0:1
Qol: Buno, 56-avtoqol
“Atletiko” – “Valyadolid” – 2:0
Qollar: Lemar, 56, Lorente, 72
“Kadis” – “Barselona” – 2:1
Qollar: Ximenes, 8, Neqredo, 63 – Alkala, 58-avtoqol.