“Sumqayıt”ın futbolçusu “Neftçi”nin hədəfində

17:15 3 Yanvar 2021

Premyer Liqanın lideri "Neftçi” qış fasiləsində hücum xəttini gücləndirmək niyyətindədir.

 

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi ön xətdəki problemi çempionatda çıxış edən futbolçu ilə yoluna qoymağı planlaşdırır.

 

Koronavirus pandemiyası səbəbindən ölkə xaricindən oyunçu gətirmək çətin olduğundan, bakılılar "Sumqayıt”ın qolçusu Əli Qurbani ilə hücumda rəqabət yaratmaq istəyir. Yalnız Mirabdulla Abbasovun ümidinə qalan baş məşqçi Samir Abasov da Qurbaninin transferinin tərəfdarıdır.

 

Ancaq milliləşdirilən forvardın keçidi heç də asan görünmür. Çünki "Sumqayıt” ötən ilin yayında 31 yaşlı oyunçunu transfer edərkən onunla 1+1 illik müqavilə bağlamışdı.

 

Qeyd edək ki, Əli Qurbani bu mövsüm 9 oyunda 6 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti