“Qəbələ” hazırlığa başladı

15:29 6 Yanvar 2021

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsi üçün hazırlığa start verib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunun dekabrın 24-də “Səbail”ə qarşı keçirilən oyunundan (3:1) sonra istirahətə buraxılan “qırmızı-qaralar” dünən bir araya gəlib. Komanda hazırlığa Qəbələdə başlayıb. Elmar Baxşıyevin yetirmələri toplanışın ilk günündə bir məşqlə kifayətlənib. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi yüngül məşqdən ibarət olub. “Qırmızı-qaralar” bu gün iki məşq edəcək.

 

Yanvarın 13-dək Qəbələdə məşq edəcək əyalət təmsilçisi hazırlığını Bakıda tamamlayacaq. “Qırmızı-qaralar” yanvarın 14-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq. 


Xəbər xətti