“İnter” məğlub oldu, “Yuventus” “Milan”a qalib gəldi - VİDEO

11:33 7 Yanvar 2021

Futbol üzrə İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.Açılış matçında “Kalyari” “Benevento” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

 

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” bu tur çərçivəsində “Sampdoriya” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Napoli” isə “Spetsiya” ilə ev oyunundan məğlub ayrılıb. “Roma” “Krotone”ni sınağa çəkib və inamlı qələbəyə sevinib.Turun mərkəzi görüşündə lider “Milan” son çempion “Yuventus”u qəbul edib. Turin təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

 

İtaliya A Seriyası
16-cı tur

 

Kalyari – Benevento 1:2
Qol: J.Pedro, 20 – Sau, 41. Tuia, 44.

 

Atalanta – Parma 3:0
Qol: Muriel, 15. Sapata, 49. Qosens, 61.

 

Bolonya – Udineze 2:2
Qol: Tomiyasu, 19. Svanberq, 40 – Pereyra, 34. T.Arslan, 90+2.

 

Krotone – Roma 1:3
Qol: Qolemiç, 71 – Mayoral, 8; 29. Mxitaryan, 35-pen.

 

Latsio – Fiorentina 2:1
Qol: Kaysedo, 6. İmmobile, 75 – Vlahoviç, 88-pen.

 

Sampdoriya – İnter 2:1
Qol: Kandreva, 23-pen. Keyta, 38 – De Vrey, 65.

 

Sassuolo – Cenoa 2:1
Qol: Boqa, 52. Raspadori, 83 – Şomurodov, 64.

 

Torino – Verona 1:1
Qol: Bremer, 84 – Dimarko, 67.

 

Napoli – Spetsiya 1:2
Qol: Petanya, 58 – Nzola, 68-pen. Pobeqa, 82.

 

Milan – Yuventus 1:3
Qol: Kalabria, 41 – Kyeza, 18; 62. Makkenni, 76. 

 

 


Xəbər xətti