Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün yenilik - VİDEO

Sportarena.az      11 Yanvar 2021 , 14:00

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) "İdman menecmenti və kommunikasiya”, "Məşqçilik”, "Bədən tərbiyəsi və idmanda reabilitasiya”, "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində daha bir yenilik edib.

 

ADBTİA-dan Sportarena.az-a verilən məlumata görə, qısa müddət ərzində İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Multimedia mərkəzində (Tədris studiyası) tədris olunan fənlər üzrə videodərslər hazırlanaraq tələbələrin istifadəsinə verilib.

 

Bütün kafedralar üzrə professor-müəllim heyətinin keçdiyi dərslərdə toxunulan əsas mövzular üzrə mühazirələr slayd şəklində təqdim olunub. Artıq 70-dən çox videodərs hazırlanaraq Akademiyanın rəsmi yutub kanalına hissə-hissə yüklənilir. Bununla da, mövcud karantin şərtləri ilə əlaqədar tələbələr onlayn dərslərdə iştirak edərək yeni biliklərə yiyələnə bilirlər.

 

Qeyd edək ki, bu resurslardan Akademiyanın tələbələri ilə yanaşı, idman ixtisasını seçən, idman sahəsində biliklərini artırmaq istəyənlər də rahatlıqla istifadə edə bilərlər.

 

Videodərslərdə yer alan fənlərin siyahısını ixtisarla təqdim edirik:

 

Futbol, boksun nəzəriyyəsi və metodikası, gimnastikanın nəzəriyyəsi və tədrisi metodikası, şahmat, voleybol, basketbol, cüdo, həndbol, atletika, sambo, beynəlxalq idman menecmenti, hərbi işin əsasları, hərbi vətənpərvərlik tərbiyəsi, Azərbaycan tarixi, normal fiziologiya, idman fiziologiyası, idman farmakologiyası, sosiologiya, pedaqogika, biomexanika, ali riyaziyyat, müalicə bədən tərbiyəsi və masaj, fiziki tərbiyənin nəzəriyyəsi və metodikası, ümumi və idman psixologiyası, anatomiya, informatika və təhsildə İKT, idmanda reabilitasiya, fiziki tərbiyənin tədrisi və metodikası, ümumi iqtisadiyyat, peşəkar xarici dil, mütəhərrik oyunlar və s. 

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin