Ronaldo rekorda şərik oldu

14:34 11 Yanvar 2021

“Yuventus”un futbolçusu Kristiano Ronaldo yeni uğura imza atıb.

 

Sportarena.az xəbər verir ki, A Seriyasının 17-ci turu çərçivəsində “Sassuolo”ya qarşı keçirilən oyunda fərqlənən portuqaliyalı hücumçu rəsmi matçlardakı qol sayını 759-a çatdırıb.

 

Ronaldo bununla da çexiyalı keçmiş futbolçu Yozef Biçana məxsus ən çox qol vurma rekorduna şərik olub. Sabiq hücumçunun da aktivində 759 qol var.   


Xəbər xətti