Azərbaycan kuboku: 1/8 final mərhələsində oyunların vaxtı bəlli oldu

17:45 15 Yanvar 2021

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir oyundan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək.“Qaradağ Lökbatan” – “Zirə” qarşılaşması Peşəkar Futbol Liqasının yutub kanalı, digər oyunlar isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Azərbaycan Kuboku

1/8 final

24 yanvar

15:00. “Səbail” – “Zaqatala”

“ASCO Arena”

 

25 yanvar

14:00. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu

16:00. Qaradağ Lökbatan” – “Zirə”

“Dalğa Arena”

17:00. “Sabah” – “Kəpəz”

“Bank Respublika Arena”. 


Xəbər xətti