"Qarabağ" "Qəbələ"yə qalib gəldi, "Sumqayıt" öz meydanında uduzdu - YENİLƏNİB

20:00 1 Fevral 2021

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları başlayıb.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” bu mərhələdə “Qəbələ”ni qəbul edib və 3:1 hesablı qələbəyə sevinib. Digər matçda isə "Sumqayıt" doğma meydanda "Səbail"ə minimal hesabla uduzub.

 

 

Qeyd edək ki, bu cütlüklərin cavab oyunları fevralın 6-da keçiriləcək.

 

Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)

1 fevral (bazar ertəsi)

 

“Sumqayıt” – “Səbail” - 0:1

Qol: Amil Yunanov, 12

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”, 16:00

 

 

“Qarabağ” – “Qəbələ” - 3:1

Qol: Kvabena Ovusu, 54, Mahir Emreli, 72, 74 - Ceyms Adeniyi, 88

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu,


Xəbər xətti