"Keşlə" "Kəpəz"ə, "Zirə" "Neftçi"yə qalib gəldi - YENİLƏNİB

21:00 2 Fevral 2021

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ilk olaraq 1-ci divizion təmsilçisi "Kəpəz" "Keşlə"nin qonağı olub. Oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb. Digər görüşdə "Neftçi" "Zirə"ni qəbul edib. Matç qonaqları 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

1/4 final mərhələsinin cavab qarşılaşmaları 6-7 fevral tarixlərində keçiriləcək.

 

 

“Keşlə” – “Kəpəz” - 1:0

Qol: Sezar Meza Kolli, 42 (pen.)

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”,

 

“Neftçi” – “Zirə” - 0:1

Qol: İlkin Muradov, 26

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bakcell Arena”,


Xəbər xətti